• SiteAna Sayfa
  • Güllük Dergisi
  • Şairlerimiz
  • Arama
  • Üyeler
  • Video
  • Yardım
  • bayrak

Giriş Yap   Kayıt Ol
Oturum Aç
Kullanıcı Adı:
Şifre: Şifremi Hatırlat
 
Gülce Edebiyat Akımı
gulce
Your browser does not support the audio element.

Akdeniz Radyo istek
Tıklayın-Okuyun/Güllük Dergisi

Google Web'de Ara Sitede Ara
Submit Face book
  • 0 Oy - 0 Yüzde
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Konu Modu
CAVİD ƏFƏNDİ...
Dışarıda Site Yönetimi
Admin
*******
Üyelik tarihi: Jan 2008
Mesaj Sayısı: 12,518
Konu Sayısı: 11,588
 
#1
23/09/2011, 01:18
Prof. Dr. Elçin İSGƏNDƏRZADƏ
“VEKTOR” Beynəlxalq Elm Mərkəzinin prezidenti

CAVİD ƏFƏNDİ...

Professor Səlahəddin Xəlilov "Müxtəlifliyin birliyi" (2001) kitabında yazır: "Maraqlıdır ki, Azər də Cavid üslubunda düşünür. Yəni, məkan, zaman və mövzu konkretliyinin hüdudlarını tez-tez keçir, geniş fikir fəzasında çox sərbəst manevr edir. Onun hətta publisistikasında da bir poeziya vardır. Bu yaxınlarda Hüseyn Cavid adına mükafatın laureatı olmuş bu gəncin həm də Cavid ruhunun daşıyıcılarından biri olduğuna inanıram".
Azər bəyin ssenarisi əsasında çəkilmiş "Səma şairi" sənədli fılminə baxarkən və indi onun "Cavid əfəndi" kitabının əlyazmasını oxuyarkən istər-istəməz mən də bu qənaətə gəldim və böyük hörmət bəslədiyim Səlahəddin Xəlilovun müşahidələrinin sərrast olduğuna bir daha inandım.
Ulu Tanrının bəxş etdiyi şükranlıq dolu tale payımda dünyanın heyrətləndiyi və möcüzə adlandırdığı bir neçə varlığın canlı şahidi olmuşam.
Olmuşam və möcüzələrin insan beynində, onun neyron-instinkt sıçrayışında etdiyi impulsativ dəyişkənliyi və təfəkkür-düşüncə sferasındakı dinamikliyi dərk etmişəm.
Ömür adilik orbitindən çıxıb möcüzələr çevrəsinə, möcüzələr aurasına düşdükdə mənalanır.
Tanrı möcüzəsi, təbiət möcüzəsi, insanlıq möcüzəsi, elm möcüzəsi, söz möcüzəsi,... kitab möcüzəsi.
Bəli, KİTAB möcüzəsi!!!
Ağlım kəsəndən, oxumağı bacarıb kitablara könül verdiyim andan indiyədək keçən, az qala bir qərinə müddətində orta statistik hesabla gündə iki kitab oxumuşam.
Dünya kitabxanasının ən önəmlilərini təşkil edən iyirmi minə yaxın bu kitablar arasında səmavi kitablardan başqa heç bir yer kitabını möcüzə hesab etməmişəm.
Azər Turanın "Cavid əfəndi" kitabının əlyazmasının son cümləsini də oxudum və beynimdən işıq sürətilə keçən ani fikir reaksiyası bu oldu:
-KİTAB möcüzəsi!!!
Bəri başdan tam səmimiyyət və qətiyyətlə bildirim ki, möcüzə sözünün bütün çalarlarını özündə qapsayan (Azər bəyə sevgilərimi bildirməklə, ustad Anardan sonra mən də bu sözü böyük könül xoşluğuyla leksikonuma daxil edirəm) bu kitabı oxuduqdan sonra hər bir oxucunun bu qənaətə gələcəyinə şübhə etmirəm.
Niyə?
Əvvəla kitab başdan-ayağa, nöqtəsinə, vergülünə qədər Dünyanın bənzərsiz və əvəzsiz ŞƏMA ŞAİRİ, ƏFƏNDİLİK ƏYARI, TÜRKÇÜLÜK və TURANÇILIQ NİŞANƏSİ, İNSANLIQ MÖCÜZƏSİ olan Hüseyn Cavidə müqəddəs və ölçüsüz bir SEVGİ ilə qələmə alınıb.
Ulu Cavid haqqında könül yanğısıyla yazılmış bütün əsərləri minnətdarlıqla xatırlayır və müəlliflərinə heç bir kölgə gətirmədən, qeyd etmək istəyirəm ki, möcüzə hesab etdiyim bu kitab cavidşünaslığa tamamilə özəl bir baxış tərzidir.
Bu kitab özü-özlüyündə zamanın ötəsinə çıxıb zamana boylanan Hüseyn Cavid şəxsiyyətini bütünlüklə qapsayan unikal bir CAVİDŞÜNASLIQ ELMİDİR.
Azər Turan cavidşünaslığı!!!
Əfəndi cismiylə canavar xislətli yırtıcı bir imperiyaya təkbaşına qalib gələn Cavid Əfəndimizə yaraşan bir cavidşünaslıq!
Çağdaş türkçülüyümüzün və turançılığımızın əbədi özül dayaqlarından birinə-Cavid Əfəndimizə layiq bir cavidşünaslıq!
İkincisi, kitab bu və ya digər dərəcədə vəhşicəsinə manqurtlaşdırılmış beyinlərimizə, təfəkkür və şüurumuza məlhəm funksiyasını daşıyacaq Türkçülük və Turançılıq ideyalarının analoqu olmayan irfani bilgilər toplusu, irfani düşüncələr mənbəyidir.
Müəllif Cavid Əfəndiyə ölçüsüz sevgi fonunda onun məfkurə müəllimləri, əqidə və məslək ortaqlarının obrazlarını da eyni sevgi zirvəsinə qaldırıb və onlar haqqında tarixi faktlar, məlumatlar və sitatlarla kitabın möcüzə çevrəsini daha da genişləndirib. Kitabı vərəqlədikcə Cavid sehriylə ovsunlanıb Riza Tevfıq, Məmməd Əmin Yurdaqul, İsmayıl bəy Çaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akçura, Məmməd Əmin Rəsulzadə, Nihal Atsız, Ziya Gökalp, Mehmed Akif Ərsoy...və digər məfkurə adamlarının bir ömrə bəs edən müqəddəs nurlarına boyanmamaq olmur.
Kitabın Cavid əfəndiyə uyğun düşünülmüş ədəbi məkanında bu simaların Türkçülük, Turançılıq, islamçılıq və çağdaşlıq haqqındakı fikir və düşüncələri, onlarla Cavid arasındakı baxışların müqayisəli təhlili və sintezi göy qurşağı kimi biri digərini əvəzləməklə Cavidin fövqəladə dünyasının işıq zərrələrinə çevrilir.
Üçüncüsü və ən başlıcası, müəllifin özünün qeyd etdiyi kimi indiyədək Hüseyn Cavid fenomeninin əsas tədqiqat obyektlərinin deyil, yalnız onun məşəqqətli taleyinin-fiziki yaşantılarının önə çəkilməsinə son qoyularaq kitabda Hiiseyn Cavid yaradıcılığının, H.Cavid dramaturgiyasının və poeziyasının Turan, İrfan və Zaman kontekstində tam yeni bir təfəkkür tərzi və yanaşma manerasıyla tədqiq edilməsinə görə də Azər Turanın bu yeni əsəri xeyli maraqlıdır.
Kitabın "Hüsnü-Xuda şairi" hissəsini mən bir elm adamı olaraq elmi araşdırma və nəticə etibarilə sanki doktorluq dissertasiyası oxuyurmuş kimi oxudum.
"Şeyx Sənan", "İblis", "Xəyyam", xüsusilə "Peyğəmbər" dramı ilə bağlı müəllifin araşdırmaları, qənaətləri və bu kitabda qələmə aldıqları yüksək bədiliklə yanaşı, eyni zamanda yüksək elmiliyi ilə də diqqəti çəkir.
Yüksək bədilik və yüksək elmilik! Bu iki yanaşma tərzi "Cavid Əfəndi..." kitabı üçün zənn edirəm ki, xüsusi bir söhbətin mövzusudur.
Özüm qədər sevdiyim, yaradıcılığına, şəxsiyyətinə və doğulduğu ocağa sonsuz rəğbət bəslədiyim Azər Turan əvvəlki əsərlərində də öz qeyri-adi və fərdi üslubunu ortaya qoyub və ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
"Cavid Əfəndi" kitabı ilə Azər bəy həm də milli ədəbiyyatımız üçün maraq doğuracaq öz fərdi üslubunun təkmilləşməsinə və tam püxtələşməsinə də nail oldu.

***
Böyük hisslərlə yaşayan, damarlarında Türk qanı axan elə bir türk aydını tapmaq olmaz ki, o Cavid Əfəndinin təəssübkeşi olmasın.
Belə təəssübkeşlərdən biri olaraq mən uzun illərdir ki, Texniki Universitetin auditoriyalarına daxil olmamışdan öncə Cavid bağına gəlir, mənəviyyatımızın qranitləşmiş Cavidini ziyarət edir və ulu Cavid ruhundan xeyir-dua alaraq öz iş günümə başlayıram.
Cavidi bu cür müqəddəsləşdirib, Caviddən mənəviyyatlarını yapmış yüz minlərlə cavidsevərin bu kitabı hadisə kimi qarşılayacağının sevincini indidən yaşayır və müəllifin "Peyğəmbər" dramı haqqındakı bir fikrini xatırlatmaq istəyirəm:
"Peyğəmbər" hadisədir. Özü də təkcə ədəbi, estetik, fəlsəfi, teatral, dramaturji hadisə deyil, milli mədəniyyət tariximizdə irfan mədəniyyəti dövrünü məhz XX əsrdə yenidən ortaya çıxaran bir hadisədir".
Azər Turanın Hüseyn Cavidə ünvanladığı bu dəqiq ifadəni XXI əsr redaktəsi ilə yüzdə yüz "Cavid Əfəndi"yə ünvanlayıram.
Kitabda Cavid mətnləri ilk dəfə olaraq imlasına toxunulmadan, olduğu kimi verilib və "Cavid əfəndi..." kitabının başlıca məziyyətlərindən biri də məncə budur.
Ortaq türkcəmizin və Turan ədəbi dilimizin banilərindən birinin müqəddəsatına ayna tutmuş bu kitabın dilinin sağlığını və Cavidaniliyini də xüsusi vurğulamaq lazımdır. Cavid dahiliyinin sirlərini məhz bu dillə araşdırmaq və məhz belə təhlil etmək olardı.
Kitabda Cavid soyadının daşıyıcıları Mişkinaz xanım, Ərtoğrol bəy və Turan Cavid haqqındakı yazıların cavidşünaslığa təzə və dəyərli töhfə kimi qəbul olunacağına inanıram.
Haqqında zaman-zaman dəyərli fıkirlər söyləniləcək və Cavidsevərlərin stolüstü kitabına çevriləcək "Cavid əfəndi" barədə fikrimi kitabdan gətirdiyim bu mülahizələrlə bitirmək istəyirəm:
"... Səma genişliyi və asudəliyinə şahid olduğumuz Hüseyn Cavidin varlığında şairliyi qədər də əzəmətli bir filosofluq, bir mütəfəkkirlik təzahür etməkdəydi. Hətta üslubiyyatında da Cavid özünün siyasi məfkurəsinə sədaqət göstərmişdi. Əli bəy Hüseynzadə, Ziya Gökalp və Hüseyn Cavid eyni bir əxlaqın, eyni bir məfkurənin, eyni bir fəlsəfənin daşıyıcı və vahid bir ideologiyanın yaradıcıları idilər".
Çox şükürlər olsun ki, Tanrı bu milləti bir an da olsun Cavidsiz qoymayıb.
Çox şükürlər olsun ki, hələ "Cavid Əfəndi" kimi kitablarımız yazılır.


Alıntı  
Tweet      
     


Digg   Delicious   Reddit   Facebook   Twitter   StumbleUpon  


Konuyu görüntüleyenler:
1 Misafir

Mustafa Ceylan |
  •  
  • Yukarı dön  
  • Lite mode  
  •  Bize Ulaşın


Dost Sitelerimiz:

Türkçe Çeviri: MyBB Türkiye
Üretici: MyBB, © 2002-2021 MyBB Group-Theme © 2014 iAndrew

Sitemizde yer alan eserlerin telif hakları şair-yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır. Kaynak gösterilmek suretiyle alıntı yapılabilir.(Haberleşme : ceylanmustafa_07@hotmail.com)
Doğrusal Görünüm
Konu Görünümü
Yazdırılabilir Sürüm
Konuya Abone Ol
Konuya Anket ekle
Konuyu Arkadaşına Gönder