• SiteAna Sayfa
  • Güllük Dergisi
  • Şairlerimiz
  • Arama
  • Üyeler
  • Video
  • Yardım
  • bayrak

Giriş Yap   Kayıt Ol
Oturum Aç
Kullanıcı Adı:
Şifre: Şifremi Hatırlat
 
Gülce Edebiyat Akımı
gulce
Your browser does not support the audio element.

Akdeniz Radyo istek
Tıklayın-Okuyun/Güllük Dergisi

Google Web'de Ara Sitede Ara
Submit Face book
  • 0 Oy - 0 Yüzde
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Konu Modu
KIBRISLI YAZAR «FÜYUZAT» DƏRGİSİNDƏ
Dışarıda Site Yönetimi
Admin
*******
Üyelik tarihi: Jan 2008
Mesaj Sayısı: 12,518
Konu Sayısı: 11,588
 
#1
23/09/2011, 01:19
KIBRISLI YAZAR «FÜYUZAT» DƏRGİSİNDƏ

Doç. Dr. HÜSEYİN HƏŞİMLİ*


1906-1907-ci illərdə Bakıda böyük türkcü Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxan «Füyuzat» dərgisi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin inkişafında çox mühüm rol oynamışdır. Cəmi 32 sayı nəşr edilən bu dərginin səhifələrində azərbaycanlı müəlliflərlə yanaşı, müxtəlif türk xalqlarının bir sıra yazarlarının əsərləri də oxuculara təqdim olunmuşdur. M.E.Recaizadə, A.Cövdət, Ə.Kamal, T.Fikrət, H.S.Ayvazov, Ə.R.Krımzadə və başqaları bu qəbildəndir.
«Füyuzat» dərgisində çıxış edən kənar müəlliflərdən biri də əslən Kıbrıslı olan Əhməd Raiq idi. Onun həyatı və sənət yolu lazımca araşdırılmasa da, «Füyuzat»da dərc olunan əsərləri müəyyən fikir söyləməyə əsas verir. «Füyuzat»ın müxtəlif sayılarında Ə.Raiqin aşağıdaki əsərleri dərc edilmişdi: «Müsahibeyi-ədəbiyyə» 1906, No: 1; «Müsahibeyi-ədəbiyyə» 1) Kəndin qəbiristanında; 2) Ramazan sədəqəsi, 1906, No: 2; «Şahidlikdə» (Yağmurdan sonra), 1906, No: 2; «Tərbiyə və əhvali-ictimaiyyə», 1907, No: 7; «Müsahibeyi-ədəbiyyə» (İmlamız haqqmda), 1907, No: 11; «Vətəni- cüda», 1907, No: 14.
Bu yazılardan bəziləri bədii əsərdir, digərləri isə publisistik xarakterli olmaqla kıbrıslı yazarın müxtəlif sosial-mədəni problemlərə münasibətinin ifadəsi kimi maraq doğurur. Ə.Raiq həmin dövrdə milli tərbiyə, türk xalqlarının milli-mədəni həmrəyliyi, ortaq ədəbi dil, ümumtürk ədəbiyyatı və s. məsələlər ətrafında gedən müzakirələrə qoşulmuş, öz mövqeyini ifadə etmişdir. Bu cəhətdən onun dərginin ele ilk sayında oxuculara təqdim olunan «Müsahibeyi-ədəbiyyə» məqaləsi diqqəti cəlb edir. Bu məqaledə Ə.Raiq XX. yüzilliyinin əvvəllərində Türk xalqları arasında yaxınlaşmanı, mədəni əlaqələrin qüvvətləndirilməsini vacib sayırdı. Onun fıkrincə, Türk xalqları ortaq dildə ortaq ədəbiyyat yaratmalıdırlar, ele bir ədəbiyyat ki, «Hüdudi-Çinden Ağ dənizə qədər bütün türklerin şükufeyi-ruhu olacaq» («Füyuzat», 1906, No: l. səh. 9). Onu da deyək ki, ədəbi dilin saflaşmasını, luzumsuz ərəb-fars tərkiblərindən təmizlənməsini vacib sayan Ə.Raiq ayrı-ayrı Türk xalqlarının ədəbi dillərinin sərbəst inkişafına o qədər də fıkir vermir, təəssüf hissi ilə bildirirdi ki, «Təfriqə üzündən türk lisanı müxtəlif şivələrə ayrıldı». Eyni zamanda o, türk xalqlarının milli-mədəni yaxınlaşması naminə bizə digər müasrləri kimi birtərəfli mülahizə yürüdür, «Surəti-imla, tərzi-bəyan, üslubi-ifadə... üçün İstanbul ədəbiyyatının təqlid olunmasını məsləhət bilirdi.
Əlbəttə, müəyyən məhdud cəhətlərinə baxmayaraq, Ə.Raiq məqalələrində mühüm sosial-mədəni məsələlərə həssas sənətkar münasibəti ifadə etməyə çalışırdı.
Maraq doğuran cəhət bir də ondan ibarətdir ki, Ə.Raiq məşhur türk şairlərinin əsərlərinin Azərbaycan oxucularına çatdırılması istiqamətində də müəyyən çalışmalar həyata keçirmişdi. Məsələn o, bəzi Osmanlı yazarlarının (Tofıq Fikrət və s.) şerlərini nəsrə çevirərək oxuculara təqdim etmişdi. Belə nümunələri ayrı-ayrı mənzum parçalar əsasında qələmə alınmış «mənsur şer» kimi də qiymətləndirmək mümkündür. Məsələn, «Füyuzat» dərgisinin 1906-cı ildəki 2-ci sayısında dərc olunmuş «Müsahibeyi-ədəbiyyə» adlı yazısında ümumi xarakterli ön sözdən sonra Ə.Raiq mənzum parçanın nəsrə çevrilməsi təsiri bağışlayan «Kəndin qəbiristanında» və «Ramazan sədəqəsi» adlı mənsur şer xarakterli yazılarını oxuculara təqdim etmişdir. Belə nümunələrdə müəllifin hiss-həyəcanları, duyğu və düşüncələri həzin, kövrək, təsirli bir dillə ifadə olunmuşdur. Məsələn, «Kəndin qəbiristanında» adlı əsərdə oxuyuruq; «Bütün məzarlığa» lal və əbkəm bir təravət sınmışdı. Mən fikri-hikmətdən azadə olaraq yalnız gözlərimlə mövqeyin sükun və tənhaisini dinlərkən nagahan içimdə şübhəli bir səsle bu sualın inlədiyini eşitdim: Ey sirri- əkbəri mövcud, həqiqəti nədir ki, o yanda müəzzən bir kainat hissi-şünud, ümid beləb bir halda babi-cəlalətməab ülviyyətində zəlilanə və həqiranə titrəşib bir qətreyi- ehsanma ovuc açarkən, bu tərəfdə bu səngzarə yaşır bir bulud halında əsiri-qüfranın mütəmadiyən yağar durar. İçimdə eyni səda təkrar edərək bu suala cavab verir kimi oldu:
Burak mövlayı-fəyyuz iləl əbəd əsiri-feyzini föksun, çünki yarın sən də bir ovuc torpaq kisasəfılə bu sayəgaha gələcəksən» («Füyuzat» 1906, NO: 2, səh 29) kimi, bu parçada Ə.Raiq insan taleyi haqqında fəlsəfi düşüncələrini lirik-romantik bir tərzdə canlandırmışdır.
Əhməd Raiqin dərgidə çap olunmuş «Vətəni-cüda» adlı əsəri diqqətəlayiq və original mənsur şer kimi maraq doğurur. Əsərin adından sonra müəllif «şeri-mənsur» yazmaqla bədii nümunənin janrını xatırlatmış, eyni zamanda «Manastırlı Bəhaəddin bəy qardaşıma» qeydini vermiş, yəni «Vətəni-cüda»nın ona həsr olunduğunu bildirmişdir. Mənsur şerin sonunda isə yazıldığı tarix və yer göstərilmişdir: 12 eylül 1906, Kıbrıs, Lovkaıse (Levkoşa).
«Vətəni-cüda»da romantik bir ovqat hakimdir. Doğma yurddan uzaq düşən, yabancı məmləkətdə qəlbi vətən həsrəti ilə döyünən bir insanın kövrək qəlb hissiyyatı burada öz dolğun bədii ifadəsini tapmışdır. Üzünü görmədiyi körpə Zəhranın ətrini bir ata kimi yalnız onun yazdığı məktublardan alan, gecə-gündüz vətəni və vətəndəkiləri xatırlayan, xəyalən onlarla görüşən nisgilli qərib artıq təbiət gözəlliklərindən də zövq duya bilmir: «Təbiət şimdi ona həp soyuq və solğun çohrələr ərz ediyor».
Vətən həsrəti ilə yaşayan, fəqət doğma yurda dönüşü imkansız olan mənsur şer qəhrəmanı son nəticədə çıxış yolunu onda görür ki, bu yerdən də uzaqlaşsın, elə bir yerə üz tutsun ki, «orada yaşıl vətənini xatırladacaq çəmənzarlar, cuylar, dağlar, ağaclar olmasın. O üryan, quru məmləkətdə vətəninə aid heç bir şey görməyəcək, duymayacaq. Ta ki, kəndini də bilirməsin, duyurmasın...
Uzaqlara, daha məchul, daha biganə, daha unudulmuş uzaqlara ! »
Belə sonluq romantik ədəbiyyatın ovqatma tamamiyle uyğun olmaqla cəmiyyətdə özünə yer tapa bilməyən, mənəvi rahatlıqdan uzaq düşən insanın «ehtirazən qaçışı» kimi mənalandırılır. Beləliklə, «Vətəni-cüda» mənsur şerində Ə.Raiq gözlərimiz önündə nisgilli, əzablı bir insanın halını böyük sənətkarlıqla yarada bilmişdir.
Onu da deyək ki, «Vətəni-cüda» «Füyuzat»da dərc olunana qədər Azərbaycan yazarları tərəfındən mənsur şer janrında əsərlər yazılmamışdı. Azərbaycan ədəbiyyatında mənsur şerin yaranması az sonra baş verir. A.Sur, S.Hüseyn, T.Şahbazi və başqaları Azərbaycanda mənsur şerin ilk nümunələrini yaradırlar. Sonralar bu janrın böyük ustadı kimi G.Hüseynoğlu şöhrətlənir.
Göründüyü kimi, Əhməd Raiqin «Füyuzat»da dərc olunmuş mənsur şerləri bir sıra digər qaynaqlarla yanaşı, Azərbaycan ədəbiyyatında bu janrın təşəkkülünə, yaranmasına müəyyən bir təsir göstərmiş olur.
Kıbrıslı yazar Əhməd Raiqin həyat yolu və əsərləri barədə indiyədək geniş tədqiqat aparılmadığını, əsərlərinin çağdaş oxuculara çatdırılmadığını nəzərə alıb onun «Füyuzat» dərgisinin 1907-ci ilə aid 14-cü sayısında 216-cı səhifədə dərc olunmuş «Vətəni-cüda» adlı mənsur şerini hörmətli oxuculara təqdim edirik:

ƏHMƏD RAIQ VƏTƏNİ -CÜDA (ŞERI-MƏNSUR)
Bu yabancı məmləkətdə bir aşinası belə olmayan zavallı qərib keçdiyi yerlərdə biganə nəzərlərin təqibi-mütəcəssisanəsi altında hicabından əzildikcə, qəlbi-zarının bitməz - tükənməz hekayəti - alamını dinlədəcək bir həmdərd bulmadğı o cəmiyyətlərdən mütənəffırən qaçıyor. Onlarla əlaqəsi olmayan qırların tənhalığında kəndi yalqızlığı ilə qalmaq üçün issız sovuqlardan dolaşaraq hər gün şəhərin xaricinə çıxıyor.
Burada yaşıl qurunun kənarında, rəngi uçmuş, ətrafı yosunlu bir daş yeganə aşinasıdır. Sevgili Vətəndən gəlen məktubları, heç görmədiyi mini-mini Zəhracığının hənuz yazmağa başladığı, sadə və məsumanə məktubları ələləksər bu daşın üzərində oxur. Ən hüznlü göz yaşlarını burada tökür. Ox, bu daş nə qədər ehsasatına məhrəm olmuşdur !
O, artıq buradan qürbətzədəliyinin ənin iztirablarını dinlədiyi bu hərimi-tənhaidən heç ayrılmaq istəmiyor. Bilmədiyi, tanımadığı insanlardan uzaqlaşdıqca anlaşılmaz bir rabiteyi-xəfıyyə ilə bu sükutzarə bağlanıyor.
Əvət ! Şimdi bir yetim ölüsü kimi səri-məzarda sızıldayan bir ürəklə bir qətrə dəmui təəssüf tökəcək. Kimsəsi olmayan bu biinsaf qürbət guşəsində şuracaqda öləcək.
Vətəni-cüdalığın boynunu bükən bari - səqili - səfalətdən, qərib axşamların boğucu bikəsliklərindən əbədiyyən qurtulacaq olsa, ciddən bəxtiyar olacaqdır.
Şimdi bir dəsti-şəfəqqəti pədəranə ilə oxşanmaqdan müəbbidən məhrum olan bədbəxt Zəhracığının hər kəlməsindən bir nəfheyi-əsiri-məsumiyyət duyulan sevimli məktubunun kəsik cümlələri üzərində yaşlı gözlərlə düşünməyə dalaraq qızının həyulayi - simayi - dillərini təxəyyül ilə çalışarkən qarşısındaki bu asudə çəmənzarlar: şüayi-şəmsin inikasati-zərrin ilə yaldızlanan cəvvi-mocədar: ta uzaqlarda şəvahiqi-zivüqar ilə asimanın gümüş buludlarına doğru yüksələn quyumavi dağlar: ovayi-cuybəla suslayan sal-didə ulukam ağacları-hasili bütün işbah həp ona nəşaidi-həzin qürbət oxuyur.
Bir zamanlar ənisi-ruhu cubabi olan pəriyi-cazibədar təbiət şimdi ona həp soyuq və solğun çöhrələr əks ediyor.
Bütün bu çəmənzarlar, cuylar, dağlar, ağaclar o zaman nişvəsazi-dəruni olurkən şimdi onu ağlatıyor.
Lakin, xeyr ! Ona nişvəsaz olan bunlar deyil, sevgili vətənindəkilərdir.
Artıq bu məmləkətdə də durmaq istəmiyor.
Uzaqlara, daha məçhul, daha biganə, daha unudulmuş, uzaq məmləkətlərə getmək istiyor.
Şurada təşəkkürati-qəribanəsi arasında, mazinin əmagi-tarında qalmış bütün ömri-güzəştəsini xabidə xatirati həp məlul çöhrələrlə üfüqi təxəyyülündən keçdikcə, o, bunlardan hərasan və mütənəvvir olaraq eraz ediyor.
Büsbütün unutmağa, məhfəzeyi-xəyalından çıxarmağa çalışıyor. Şimdi bir yerə getmək istiyor ki, orada yaşıl vətəni xatırladacaq çəmənzarlar, cuylar, dağlar, ağaclar olmasın. O üryan, quru məmləkətdə mini-mini Zəhranın məktublarını da bəkləməyəcək. Vətəninə aid heç bir şey görməyəcək, duymayacaq. Ta ki, kəndini də bildirməsin, duyurmasın.
Bu yaşıl qurunun kənarında rəngi uçmuş, ətrafı yosunlu daşa bu qədər tövdi-israr etdiyinə şimdi nadim oluyor. Suvarın o məhrumiyyətindən ehtirazən qaçıyor.
Uzaqlara, daha məhcul, daha biganə, daha unudulmuş uzaqlara!
(12 eylul 1906. Kıbrıs, Lovkaise. Əhməd Raiq «Füyuzat» (Bakı), 1907, No: l4. səh. 216)
Alıntı  
Tweet      
     


Digg   Delicious   Reddit   Facebook   Twitter   StumbleUpon  


Konuyu görüntüleyenler:
2 Misafir

Mustafa Ceylan |
  •  
  • Yukarı dön  
  • Lite mode  
  •  Bize Ulaşın


Dost Sitelerimiz:

Türkçe Çeviri: MyBB Türkiye
Üretici: MyBB, © 2002-2021 MyBB Group-Theme © 2014 iAndrew

Sitemizde yer alan eserlerin telif hakları şair-yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır. Kaynak gösterilmek suretiyle alıntı yapılabilir.(Haberleşme : ceylanmustafa_07@hotmail.com)
Doğrusal Görünüm
Konu Görünümü
Yazdırılabilir Sürüm
Konuya Abone Ol
Konuya Anket ekle
Konuyu Arkadaşına Gönder